Qızlar, sizin geyindiyiniz xəz paltarlar belə düzəldilir - FOTOLAR

15:38 | 09.01.2015
Xəz industriyası reklamın hər növündən istifadə etməklə genişlənir, qlamur qızlar isə məmnuniyyətlə dəbdəbəli xəz paltarları geyinib-bəzənirlər. Ancaq bu xəz paltarların ortaya necə çıxdığını çox az adam bilir. 

Xəz fermaları mümkün olduğu qədər az xərc çəkməklə böyük pullar qazanırlar. Az xərc çəkmək istəyi heyvanların öldürülməsi metodlarında da özünü göstərir, əsas məqsəd xəzə ziyanın dəyməməsidir, heyvanın işgəncəylə öldürülməsinə məhəl qoymamaq da olar. Onları elektrik cərayanıyla, suda boğmaqla, zəhərləməklə və qazda nəfəsini kəsməklə öldürürlər. 

Mağazalarda, elit moda evlərində satılan xəz paltarların əksəriyyəti Çin istehsalıdır, həmçinin kürklər də və bunlar itlərin, pişiklərin bədənindən diri-diri qoparılaraq çıxarılır. Hər il Asiya ölkələrində bu məqsədlə 2 milyon it və pişik öldürülür. Rusiya və ABŞ bu əmtəənin başlıca idxalçılarıdır. 

Çinin heyvan fermaları heyvanlar üçün əsl cəhənnəmdir. Orada tülkülər, sincablar, yenotlar sıx qəfəslərdə yaşayırlar. Onların nəfəs aldığı hava qəfəslərin altında yığılıb qalan hər cür tullantıyla, artıqla zəhərlənib. Bu cəhənnəmin sonunda əzablı ölüm var. Xəzi heyvanın bədənindən çıxarmazdan əvvəl onun başını azca gicəlləndirirlər, sonra onun pəncələrini kəsib xəzi buradan çıxarmağa başlayırlar, bu an heyvan hələ də ayıq olur və hər şeyi hiss edir, dərisi soyulduqdan sonra 5-10 dəqiqə əzab çəkir və yalnız bundan sonra ölməklə dincliyə qovuşur. 


Şəkildəki heyvanın bədəninə anal dəliyinə elektrik cərəyanı ötürməklə öldürürlər. Onu qəfəsindən dəmir ilgəklə çıxarıblar. Digər nəfər isə arxada heyvanın quyruğundan tutur, bu isə çox ağrılı prosesdir, heyvan var gücüylə qışqırır və dişləməyə çalışır. Qatillər heyvanın ağzına dəmir çubuq soxurlar, arxadan isə onun anal dəliyinə elektrik naqil keçirirlər. Və heyvan ölənə qədər elektrik cərəyanı onun bütün bədənindən keçir. Xəz fermalarında məhz bu metoddan istifadə eləməyi üstün tuturlar, çünki belə olanda xəz daha qabarıq və cəlbedici görünür. 
 

Hər il qaraqul cinsindən olan 4,000,000 quzu doğulandan 1-2 gün sonra dərilərindən palto və digər paltarlar istehsal edilmək məqsədiylə qətlə yetirilir. Quzuların belə erkən öldürülməsinə səbəb isə odur ki, onlar doğulandan 3 gün sonra gec olur, dərilərindəki sıx qıvırcıqlar açılmağa başlayır. 

Mənbə: ibigdan.livejournal.com

ANN.Az

Tərəfdaşların xəbərləri

REKLAM