Qızın ayağının büdrəməsi 7 nəfərin sonu oldu

16:47 | 06.04.2015
Qızın ayağının büdrəməsi 7 nəfərin sonu oldu

Qızın ayağının büdrəməsi 7 nəfərin sonu oldu

Çində bir ailənin bütün üzvləri faciəvi şəkildə boğularaq ölüb

Çində bir ailədən 7 nəfər su kanalında boğularaq ölüb.

ANS PRESS-in məlumatına görə, hadisə ölkənin cənubunda olan Quanqdonq əyalətinin Şantou şəhərində baş verib. Bu faciəvi hadisəyə səbəb 17 yaşlı qızın kanala düşməsi olub. 

Belə ki, su kanalının kənarında əlini yumağa çalışan gənc qız müvazinətini itirərək suya düşüb. Qızı xilas etmək üçün suya anası, atası, qardaşları və bacısı tullanıb. 

Ancaq təəssüf ki, ailənin heç bir üzvü nə qızı nə də ailənin digər üzvlərini sudan çıxara bilməyib. Əyalət rəsmiləri ilk dəfədir ki, bu cür hadisə ilə qarşılaşdıqlarını deyiblər. 

Hüquq mühafizə orqanları kanalda eyni ailədən 7 adamın cəsədini tapdıqlarını açıqlayıb.

ANN.Az

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti