Qızını İŞİD-dən qurtaran ananın hekayəsi - VİDEO

12:27 | 20.11.2014
Qızını İŞİD-dən qurtaran ananın hekayəsi - VİDEO

Qızını İŞİD-dən qurtaran ananın hekayəsi - VİDEO

Hollandiyalı bir qadın 19 yaşlı qızını İŞİD-dən qurtara bilib, amma pasport müddəti bitdiyi üçün Türkiyə sərhədində qalıb. Gənc qız üçün Xarici İşlər Nazirliyi məsələyə müdaxilə edib.ANN.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 19 yaşlı hollandiyalı qız keçən il Hollandiyadan olan cihadçı Ömər Yılmaz adlı bir nəfərlə tanış olub və onunla evlənmək üçün Suriyaya gəlib. Qız eyni zamanda müsəlmanlığı qəbul edərək, adını dəyişdirib və Ayşa olub.Lakin anası bu müddət ərzində dəfələrlə onu geri qaytarmaq üşün cəhdlər edib. Qadının vəkili Fransua Landerloo ananın 2-3 dəfə təhlükəli yollardan keçərək Suriyaya getdiyini, əvvəlki cəhdlərində qızını qaytarmağa nail ola bilmədiyini deyib. Amma sonuncu cəhdində artıq Ayşa anası ilə vətəninə dönməyə razı olub. Ana-qız təhlükəli yollarla Suriyadan - İŞİD-in əlindən qurtula biliblər və Türkiyəyə keçiblər. Amma bu dəfə Türkiyə sərhədində ilişib qalıblar. Çünki Ayşanın pasport qeydiyyatının müddəti bitib.Vəkil Fransua Landerloo-nun Hollandiya mediasına verdiyi açıqlamada deyilir ki, bununla bağlı artıq ölkənin xarici işlər nazirliyi məlumatlandırılıb və Türkiyə hökuməti ilə danışıqlara başlanılıb. Ana-qız bu həftə ərzində vətənlərinə dönə biləcəklər.ANN.Az

Hollandalı Anne, Kızını IŞİD'in Elinden Aldı... haberler

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM