Radardan yayınmaq üçün müxtəlif üsullara əl atanlar məsuliyyətə cəlb olunacaq - DYP

18:46 | 22.02.2024
Radardan yayınmaq üçün müxtəlif üsullara əl atanlar məsuliyyətə cəlb olunacaq - DYP

Radardan yayınmaq üçün müxtəlif üsullara əl atanlar məsuliyyətə cəlb olunacaq - DYP


DİN-in Baş Dövlət Yol Polisi İdarəsi radarlardan yayınmaq üçün müxtəlif üsullara əl atan şəxslərə xəbərdarlıq edib.

Xəbərdarlıqda deyilir:
 
Radarlardan yayınmaq üçün müxtəlif üsullara əl atan şəxslər məsuliyyətə cəlb olunacaq: "Avtomobilinin ön şüşəsinə həmin nəqliyyat vasitəsinə aid olmayan saxta nömrə nişanları yerləşdirərək xüsusi texniki vasitələrin iş prinsipini pozmağa cəhd edən sürücülər DYP əməkdaşları tərəfindən aşkar edilərək məsuliyyətə cəlb olunublar.

Baş Dövlət Yol Polisi İdarəsi avtonəqliyyat vasitələrinin sahiblərinə və sürücülərinə müraciət edərək qeyd olunan əməlin qanunvericiliyə zidd olduğunu bildirir və belə hallar aşkarlandığı təqdirdə ciddi tədbirlərin görüləcəyini diqqətə çatdırır".
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM