Türkmənistanın eks prezidenti Saparmurad Niyazov (1991-2006-cı illər) daha çox marağa səbəb ola biləcək xüsusiyyətlə sahib biri idi.
Gün və ayların adlarını ailə üzvlərinin adları ilə dəyişdirmiş, yetkinlik yaşına çatma həddini 25 etmişdi. O, hətta avtomobildə radio dinləməyi qadağan etmişdi. Öz yazdığı "Ruhnamə" adlı əsərin məcburi olaraq hər kəs tərəfindən oxunmasını istəyən Niyazov inzibati işlərdə çalışacaq şəxslərə belə "Ruhnamə" tədrisini zəruri hesab edirdi.
Niyazov əsərini kosmosa da göndərdi. Türkmən mətbuatı bu hadisəni "dünyanı fəth edən "Ruhnamə" indi də kosmosu fəth etdi" başlıqla xəbərlər yayırdı.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !