Adı borc qalmaqalında hallanan keçmiş deputat Rəfail Cəbrayılov üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən yayınır.
Anews.az xəbər verir ki, Yenicag.az-ın yaydığı məlumata görə, bir müddət əvvəl aldığı külli miqdarda borc qarşılığında deputat mandatını girov qoyduğu bildirilən Milli Məclisin keçmiş üzvü Rəfail Cəbrayılov aldığı pulları hələ də geri qaytarmayıb.
Saytın yazdığına görə, Rəfail Cəbrayılov keçirdiyi mətbuat konfransında verdiyi vədin əksinə və müvafiq məhkəmə qərarlarına baxmayaraq, borclarını indiyə kimi ödəməyib.
Digər məlumatda isə Cəbrayılovun şəxsi evinin əlindən alındığı bildirilir. Ancaq bu informasiyanı şübhə altına alan başqa məlumat da var.
Həmin informasiyaya əsasən, evini satan Cəbrayılov borclarını qaytarmaq əvəzinə, o pulları da qardaşı kimi xarici ölkələrdən birinə keçirərək, yeni biznes qurmaq hazırlığındadır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !