Rafael Hüseynov AŞPA-nın komitə iclasında iştirak edəcək

11:25 | 27.05.2023
Milli Məclisin deputatı Rafael Hüseynov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Mədəniyyət, elm, təhsil və media komitəsinin iclasında iştirak etmək üçün mayın 30-da Böyük Britaniyanın London şəhərinə səfər edəcək.

Milli Məclisdən verilən xəbərə görə, tədbirdə idmanda və idman vasitəsilə insan hüquqlarının qorunması, idmanda zorakılıq hallarının müəyyən edilməsi və onların aradan qaldırılması, virtual məkanda imkanlar, mövcud risklər və bir sıra digər məsələlərlə bağlı müzakirələr aparılacaq.

Səfər iyunun 3-də başa çatacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb