Rafael Nadal koronavirusa yoluxub

23:00 | 20.12.2021
Rafael Nadal koronavirusa yoluxub

Rafael Nadal koronavirusa yoluxub

İspaniyalı məşhur tennisçi Rafael Nadal koronavirusa yoluxub.


Anews.az xəbər verir ki, 35 yaşlı idmançının analiz nəticəsi Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidəki açıq çempionatdan ölkəsinə qayıtdıqdan sonra müsbət çıxıb.


Karantinə alınan təcrübəli tennisçinin 2022-ci il 17 - 30 yanvarda Melburn şəhərində start götürəcək "Australian Open"də iştirakı sual altına düşüb.


Hazırda dünya sıralamasında 5-ci olan Rafael Nadal Böyük Dəbilqə seriyalı turnirlərin 20 dəfə qalibi olub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM