Rafael Qrossi ikinci dəfə MAQATE-nin baş direktoru seçilib

16:08 | 10.03.2023
Rafael Qrossi ikinci dəfə MAQATE-nin baş direktoru seçilib

Rafael Qrossi ikinci dəfə MAQATE-nin baş direktoru seçilib

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) Rəhbərlər Şurasının baş direktoru Rafael Qrossini ikinci dəfə bu vəzifəyə seçilib. Bu barədə cümə günü Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov Tvitter hesabında məlumat verib.


"MAQATE-nin Rəhbərlər Şurası cənab Rafael Mariano Qrossini 2 dekabr 2027-ci ildə başa çatacaq ikinci müddətə agentliyin baş direktoru vəzifəsinə təyin edib”, - Ulyanov bildirib.
 
Qrossi bu vəzifəyə 2019-cu ildə təyin edilib.
 
Martın 2-də Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi martın 2-də Bakıda Bakıda Qoşulmama Hərəkatının Zirvə toplantısında iştirak edib. O,prezident İlham Əliyevlə bərabər regionun  Atom Elektrik Stansiyasını təhlükələrini müzakirə edib. 
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM