Raffle Tower öz möhtəşəmliyi ilə göz oxşamağa davam edir

17:47 | 12.02.2020
Raffle Tower öz möhtəşəmliyi ilə göz oxşamağa davam edir

Raffle Tower öz möhtəşəmliyi ilə göz oxşamağa davam edir


 
Tikintisinə 2019-cu ilin iyul ayında başlanılan, premium rahatlığı və digər üstünlükləri özündə cəmləşdirən Raffle Tower kompleksi yolunuzu gözləyir.  2021-ci ilin dekabrında sakinlərə təhvil veriləcək Raffle Tower nəinki Azərbaycanda, həmçinin MDB ölkələri arasında da ilk 5 ulduzlu premium konsepsiyadır.
 
Bakı Ağ Şəhərin Park rayonunda Mərkəzi Bulvar küçəsinin üzərində yerləşən bu premium yaşayış kompleksi dəniz səviyyəsindən 30 metr hündürlükdə, 20 mərtəbəli yaşayış kvartallarından ibarətdir. Tikili sıxlığı aşağı olan, XXl əsrin gündəlik tələbatlarına uyğun olaraq inşa edilmiş  Raffle Tower dənizə açılan möhtəşəm mənzərəsi ilə xəyallarınızdakı ecazkarlığı reallığa çevirəcək.
 
 
Azərbaycanda ilk dəfə olaraq 5 ulduzlu Raffle Tower yaşayış kompleksində üz tanıma sistemi ilə sakinlər heç bir əlavə vasitə olmadan binaya daxil ola biləcəklər. Sözü gedən premium binada, Almaniyanın dünyaca məşhur REHAU brendinin pəncərələrindən istifadə olunacaq. Binada gücləndirilmiş yanğın təhlükəsizlik sistemi də ən yüksək standartlarla fəaliyyət göstərəcək. Kompleksdə 2 yanğın çıxış pilləkəni vardır və bina ən müasir yanğın söndürmə avadanlıqları ilə təchiz olunmuşdur. Mənzillərin giriş qapıları və yanğın qapıları müasir stildə hazırlanmış, İtaliyan keyfiyyətli qapılardır. Kompleksdə dünyanın ən qabacıl brendi, təhlükəsiz  İsveçrə istehsalı 3 ədəd SCHİNDLER liftlərinin quraşdırılması nəzərdə tutulur.
 
Nəzərinizə çatdıraq ki, Ağ Şəhərin ab-havası Raffle Tower kompleksinin yüksək keyfiyyətli sürətli liftləri,geniş qəbul lobbisi,reseption xidməti, konsyerj xidməti ilə mükəmməl vəhdət təşkil edir. Bundan əlavə kompleksdə mənzil təmizlik xidməti, 24 saat otaq servisi, açıq və qapalı hovuz , fitnes və SPA xidmətləri, müxtəlif mətbəxli restoranlar, konfrans otaqları, camaşırxana, bağça və dayə xidməti də mövcuddur. 3300m-lik iki qapalı park sahəsi, iki mərtəbəli yeraltı avtomobil dayanacağı, sürücülər üçün gözləmə otağı,  avtoyuma xidməti, müxtəlif mağazalar, investorlar üçün zəmanətli kirayə, 24 saat fasiləsiz mühafizə sistemi ilə özünüzü tam rahat və güvəndə hiss edəcəksiniz. Raffle Tower layihəsinin əvəzolunmazı "Smart Building”- ağıllı bina sistemi də kompleksdə yaşayan insanların komfortu üçün yaradılmış üstünlüklərdəndir.
 
Onu da qeyd etmək lazımdır ki, layihənin modern üslublu arxitekturasının müəllifi mühəndis dizaynı sahəsində ixtisaslaşmış və dünyanın 175-dən çox ölkəsində gözəl təsir bağışlayan silsilə layihələr həyata keçirən Böyük Britaniyanın  "Atkins" şirkətidir.
 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb