Dövlət Təhlükəsizliyi Xidmətinin çərşənbə günü yaydığı məlumatda Mədəniyyət nazirinin müavini Rafiq Bayramov və idarə rəisi Zakir Sultanovun ittihamları açıqlanıb. Həmin ittihamlara görə, Rafiq Bayramovu vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə 3 ilədək, mənimsəməkdə 10 ilədək, vəzifə saxtakarlığına görə isə 2 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir. İrəli sürülən ittihamlar məhkəmədə sübut olunarsa, R.Bayramov təxminən 15 ilədək həbsxanada qala bilər.
Zakir Sultanov isə mənimsəməyə görə 10 ilədək, vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə 3 ilədək, ümumi 13 ilədək azadlıqdan məhrum oluna bilər.
Hazırda onlar barəsində istintaq dövrü üçün 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !