"Mənə elə gəlir ki, əvvəlki səsimi itirmişəm"“İki gün idi özümü yaxşı hiss etmirdim, zəifləmişdim. Danışmağa çətinlik çəkirdim, oturduğum yerdə təngnəfəs olurdum. İndi yaxşıyam, özümü rahat hiss edirəm. Bu gün bir az yerimişəm”. Bu sözləri APA-ya açıqlamasında Türkiyədə əməliyyat olunmuş xalq artisti, tanınmış diktor Rafiq Hüseynov deyib. O bildirib ki, əməliyyat bronxlarda aparıldığı üçün danışmağa çətinlik çəkir: “Narahatlığım səsimdəndir, mənə elə gəlir ki, əvvəlki səsimi itirmişəm. Amma həkimlər deyir, iki aya hər şey yaxşı olacaq, səsim yerinə qayıdacaq”. R. Hüseynov ciddi həkim nəzarəti altında olduğunu və müalicəsinin davam etdiyini söyləyib: “Daim nəzarət altında olmalıyam. Müalicələr bitsin, növbəti həftə Bakıya qayıdacağam”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !