Rafiq Hüseynov: “Həyəcanlandım”

11:15 | 23.12.2013
Rafiq Hüseynov: “Həyəcanlandım”

Rafiq Hüseynov: “Həyəcanlandım”

“Təyyarəyə minəndə bir az həyacanlandım. Amma Bakıya çatanda məni qarşılayanları, dostlarımı görəndə həyacanım keçdi. Şükürlər olsun ki, indi yaxşıyam. İnsana ən rahat yer onun evidir”. Bunu xalq artisti, Türkiyədə müalicədən qayıdan tanınmış diktor Rafiq Hüseynov "AzNews.az"a deyib. Onun sözlərinə görə, səhhəti ilə əlaqədar dostlarını qəbul edə bilməyəcək: “Görürsünüz, danışa bilmirəm. Həkimlər deyib ki, bir müddət ehtiyatlı olmalıyam. Ona görə də dostlarımı qəbul edə bilmirəm. Sağ olsunlar ki, hamı mənimlə maraqlanır. Mənimlə maraqlanan hər kəsə təşəkkürümü bildirirəm” ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM