Dekabrın 10-da Türkiyədə əməliyyat olunan xalq artisti, tanınmış diktor Rafiq Hüseynov reanimasiyadan palataya köçürülüb.R. Hüseynovun xanımı Səbinə Hüseynovanın APA-ya verdiyi məlumata görə, həkimlər xalq artistinin əməliyyatdan sonrakı vəziyyətini qənaətbəxş kimi qiymətləndirirlər: “Özünü normal hiss edir. Əsas odur ki, orqanizminin müqavimət qabiliyyəti yaxşıdır. Reaksiyalar versə də, hələlik danışa bilmir. Həkimlər ciddi nəzarət edirlər, təxminən bir həftə, on gün burda qalacağıq ki, kimyaterapiya olunsun”. Qeyd edək ki, R. Hüseynov ağ ciyər xərçəngindən əziyyət çəkir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !