Rafiq Hüseynov Türkiyədə əməliyyat olunacaq

15:47 | 30.11.2013
Rafiq Hüseynov Türkiyədə əməliyyat olunacaq

Rafiq Hüseynov Türkiyədə əməliyyat olunacaq

Xalq artisti, tanınmış diktor Rafiq Hüseynov növbəti həftə Türkiyədə əməliyyat olunacaq. Rafiq Hüseynov APA-ya açıqlamasında bildirib ki, bir həftədir, Almaniyadan əməliyyat üçün lazım olan hesabı gözləsələr də, qarşı tərəf bunu gecikdirib: “Almanlar günü günə satdılar, bir həftədir, cavab deməyiblər. Bu xəstəlik də elədir ki, gözləmir, mütləq üstünə düşmək lazımdır. Axırda da dedilər ki, professor çox məşğuldur, xəstəsi çoxdur. Ona görə də məcbur olub Türkiyəyə müraciət etdik. Həkimlə danışılıb. Növbəti həftənin üçüncü-dördüncü günü əməliyyata götürəcəklər”. R. Hüseynov əlavə edib ki, bütün xərcləri Heydər Əliyev Fondu öz üzərinə götürüb: “Lazım olan bütün xərci fond çəkəcək. Türkiyə tərəfi tezliklə bizə hesabı göndərəcək, vəsait ayrılan kimi növbəti həftə əməliyyat olacaq” Xalq artisti qeyd edib ki, Türkiyədə əməliyyat Almaniyaya nisbətən iki dəfə ucuz başa gəlir: “Qoyun, məbləğ sirr qalsın. Çünki hələlik hesab gəlməyib”. Qeyd edək ki, R. Hüseynova ağ ciyər xərçəngi diaqnozu qoyulub.ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM