Ötən gün Türkiyənin İstanbul şəhərində əməliyyat edilən Azərbaycanın məşhur diktoru, xalq artisti Rafiq Hüseynovun vəziyyəti ilə bağlı xəbər var. Anspress yazır ki, həkimlər onun vəziyyətini qənaətbəxş qiymətləndirirlər. Rafiq Hüseynov reanimasiyadan palataya köçürülüb.Həkiminin sözlərinə görə, artıq 10 gündən sonra o, xəstəxanadan çıxa biləcək. Sonrakı iki aylıq müalicəsini isə Azərbaycanda, ev şəraitində davam etdirəcək. Həkimlər müalicədən sonra Rafiq Hüseynovun normal həyata dönəcəyinə vəd edirlər.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !