Bunu Modern.az saytına açıqlamasında İstanbulda müalicə olunan tanınmış diktor, Azərbaycanın xalq artisti Rafiq Hüseynovun həyat yoldaşı Səbinə Hüseynli deyib.“Amma həftə sonuna kimi Türkiyədə olmalıyıq. Çünki bu həftənin 5-ci günü həkimlər bir neçə dəfə yoxlama aparmalıdır. Şənbə günü Bakıya qayıdırıq. Əməliyyat uğurlu keçib deyə, indi Rafiq müəllimin vəziyyəti yaxşıdır. Ay yarımdan sonra müalicələri Bakıda davam etdirəcəyik. Düşünürük ki, daha Türkiyəyə gəlməyə ehtiyac qalmayacaq”, deyə Səbinə Hüseynli əlavə edib. ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !