Rafiq Hüseynovun həyat yoldaşı: “O, hələ çox zəifdir, gəzə bilmir”

17:55 | 13.12.2013
Rafiq Hüseynovun həyat yoldaşı: “O, hələ çox zəifdir, gəzə bilmir”

Rafiq Hüseynovun həyat yoldaşı: “O, hələ çox zəifdir, gəzə bilmir”

Rafiq hələ ki, zəifdir.Dünən cəhd göstərdi, gəzmək istədi. Amma nəfəsi çatmırdı, çətinlik çəkirdi. Ona görə yenə də uzanıb.Bu sözləri Gün.Az-a xalq artisti Rafiq Hüseynovun həyat yoldaşı Səbinə Hüseynova ərinin səhhəti ilə bağlı məlumat verərkən deyib:“Danışarkən, səsi çox zəif gəlir. Həkimlər deyir ki, bir neçə günə o, qüvvə toplamalıdır. Çünki onu qarşıda kimyaterapiya gözləyir. Kimyaterapiyanın vaxtı isə hələ ki, bəlli deyil. Düşünürəm ki, bir həftədən sonra bu prosesə başlanılacaq”.Qeyd edək ki, bir müddət öncə tibbi müayinə zamanı Rafiq Hüseynovun ağciyərində şiş aşkarlanmışdı. Hazırda Türkiyədə yerləşən xəstəxanalardan birində olan xalq artisti əməliyyat keçirib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM