Rafiq Hüseynov finalda etdiyi hərəkətə aydınlıq gətirdi

12:54 | 09.10.2021
Rafiq Hüseynov finalda etdiyi hərəkətə aydınlıq gətirdi

Rafiq Hüseynov finalda etdiyi hərəkətə aydınlıq gətirdi

Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında qızıl medal qazanan güləşçimiz Rafiq Hüseynov final görüşündən sonra əlləri ilə 44 rəqəmini göstərməsinə izah verib.

Qələbəsini Azərbaycan və Türkiyə bayraqları ilə qeyd edən idmançı 44 rəqəmi ilə Vətən müharibəsinə işarə etdiyini bildirib.

"Azərkeşləri çaş-baş salmış bu jestimin açıqlamasını vermək istəyirəm. Orada mənim Türkiyə və Azərbaycan bayrağını bir yerdə götürməyim və sonda da 44 deməyim təsadüfi deyil.

Bu qələbəmi 44 günlük müharibədə olan şəhidlərimizə, qazilərimizə, müharibə qəhrəmanlarına, ümumiyyətlə bütün Türk dünyasının şəhidlərinə borcluyam. Onlar canlarını fəda etdilər ki, biz firəvan həyat sürüb bu günlərə çataq. Bu qələbə onlarındır.

Ona görə də simvolik olaraq sonda 44 deyib qələbəmi kimə həsr etdiyimi bütün dünyaya elan etdim.
Şəhidlərimizin ruhları bəlkə şad olar. 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM