Rafiq Tağının qətlindən 2 il ötür

09:50 | 23.11.2013
Rafiq Tağının qətlindən 2 il ötür

Rafiq Tağının qətlindən 2 il ötür

Bu gün tanınmış yazıçı-publisist Rafiq Tağının naməlum şəxs tərəfindən bıçaqlanandan 4 gün sonra xəstəxanada müəmmalı şəkildə vəfat etməsindən 2 il ötür. Bu münasibətlə mərhumun qəbri ziyarət olunacaq, "Rafi Tağı mükafatı" laureatlarına təqdim ediləcək.Qeyd edək ki, Rafiq Tağı 19 noyabr 2011-ci ildə işdən evə gedərkən yaşadığı evin yaxınlığında naməlum şəxs ona bıçaqla çoxsaylı xəsarətlər yetirərək hadisə yerindən qaçmışdı. R.Tağı Klinik Mərkəzə aparılmış, noyabrın 23-ü  saat 15 radələrində klinikanın reanimasiya şöbəsində dünyasını dəyişmişdi.Hadisə ilə bağlı cinayət işi açılsa da hələlik yazıçının qatili və qətlin təşkilatçıları tapılmayıb.İxtisasca həkim olan Rafiq Tağı Bakı şəhəri 8 saylı  Təcili Tibbi Yardım Stansiyasında işləyirdi. Mütəmadi yaradıcılıqla məşğul olur, tez-tez müxtəlif mövzularda ajiotaj doğuran məqalələr yazırdı.  Həmkarları sui-qəsdin səbəbinin onun yazdığı kəskin tənqidi məqalələr olduğunu ehtimal edirər.Məlumdur ki, 2007-ci ildə Rafiq Tağı “Sənət” qəzetində dərc olunmuş “Avropa və biz” məqaləsinə görə 3 il müddətinə azadlıqdan məhrum edilmişdi.ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb