“Rafiq Tağıya axrıncı dəfə iynə vuran xanımın tapılmasını, kimliyini soruşuruq. Çünki Rafiq xəstəxanadaykən üç gün ərzində biz onu görməmişdik, birdən-birə göydən enmiş kimi, gəldi iynəni vurdu və qeyb oldu”.
Bu sözləri yazar, tənqidçi publisist Rafiq Tağının qardaşı İlqar Tağı mərhumun ölümün ikinci ildönümü münasibətilə “Azadlıq” radiosunun “Pen klub” verilişində müzakirələrdə çıxış edərkən deyib.
İlqar Tağı bildirib ki, qardaşının ölümünün araşdırılması məqsədilə prezidentə dörd dəfə müraciət ediblər: “Səbəb də istintaq orqanından narazılığımızdır. İki il ərzində heç bir nəticə əldə edilməyib. Həkimlər məsuliyyətdən uzaqlaşdırılıb. Bir sıra vəsatətlərimizə cavab verilməyib. İstintaq zamanı toplanan materiallar arasında elə məqamlar var ki, bizə bildirilmir. Tutaq ki, həkimlərin fəaliyyəti ilə bağlı sorğu edirik, Rafiq Tağıya axrıncı dəfə iynə vuran xanımın tapılmasını, kimliyini soruşuruq. Çünki Rafiq xəstəxanadaykən üç gün ərzində biz onu görməmişdik, birdən-birə göydən enmiş kimi, gəldi iynəni vurdu və qeyb oldu. Orda əvvəl görmədiyimiz, tamam başqa bir adam idi. Heç vurduğu iynənin tərkibini də görməmişik. Sonra başqa adamlar var ki, onların verdiyi ifadələrlə tanış olmaq istəyirik etmirlər”.
ANN.Az