Gəncə sakini Elbir Cəfərovun iki evi ermənilərin İkinci Qarabağ savaşı zamamı atdığı raket zərbəsi nəticəsində dağılıb. Bu barədə Anews.az saytına özü məlumat verib.
O bildirib ki, ölkə başçısının müvafiq sərəncamına əsasən ona evinin bərpası üçün kompensasiya ayrılıb. Amma kompensasiya hər iki ev üçün nəzərdə tutulsa da yalnız bir evi üçün vəsait verilib.
Əks tərəfin fikrini öyrənmək üçün Gəncə şəhər icra hakimiyyətinə üz tutduq. İcra hakimyiyyətinin mətbuat xidmətindən ibildirdilər ki, həqiqəqətən Elbir Cəfərova məxsus iki ev qismən ziyan çəkmiş mülklərin siyahısına salınıb. Ona hər bir evə görə 1000, ümumilikdə 2000 manat məbləğində vəsaitin bank vasitəsilə ödənilməsi təmin edilib. Sonradan vətəndaşın çoxsaylı müraciətləri nəzərə alınaraq onun evlərinə üçüncü mərhələ çərçivəsində İşçi qrup tərəfindən təkrar baxış keçirilib və yalnız bir evi üçün 5 min manat kompensasiya ödənilib. Buna səbəb isə digər evinin siyahıya salınmaması olub.
Ətraflı videomaterialı diqqətinizə çatdırırıq:
Aytac Zeynalova
İSTİQAMƏT:5.3.3. insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi
mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması;
mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması;
QEYD: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb.
Bizi sosial şəbəkələrdə izləyin !