• $ 1.7
  • € 2.0035
  • ₽ 0.021707
  • ₺ 0.0427
  • £ 2.336

Ramazanda əfv olacağına ümid azdır

Ramazanda əfv olacağına ümid azdır
23.07.2014 10:08
Siyasi məhbusların bəzilərinin apelyasiya şikayətinə baxılır

Qarşıdan Ramazan bayramı gəlir. Hər bayramda olduğu kimi, siyasi məhbus ailələri əfv olacağına ümid edir.  Hüquq müdafiəçisi Novella Cəfəroğlu əfvlə bağlı onlara məlumat daxil olmadığını bildirdi: “Bu barədə bizə hər hansı bir məlumat daxil olmayıb. Bəlkə də əfv olar deyə, ümidlə gözləyirik. Onu qeyd edim ki, monitorinq qrupu olaraq, bütün siyasi məhbuslarla görüşmüşük, problemləri ilə maraqlanmışıq. Onların hər biri daim diqqətimizdədir. Açığı, Ramazanda əfv olacağına ümidim yoxdur. Yaxın 3 gün ərzində bu məsələ dəqiqləşəcək. Hansısa məlumatımız olsa, mətbuata xəbər verəcəyik”.Onu da qeyd edək ki, əfv olsa belə çoxları siyasi məhbusların azad olunacağına inanmır. Çünki Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik müvəqqəti olaraq, Azərbaycana keçdiyi zaman hər kəs ümid edirdi ki, iqtidar siyasi məhbusları azad edəcək. Amma tam əksinə oldu. Azərbaycan hakimiyyəti siyasi məhbusların sıralarını daha da genişləndirdi. Onların bəzilərinə hökm oxundu. Hazırda Azərbaycan həbsxanalarında 130-a yaxın siyasi məhbus var. Onların əksəriyyətinin, əfv verilsə belə, azadlığa çıxmaq şansları yoxdur. Çünki hökm oxunsa da, onların apelyasiya şikayətlərinə baxılır. Bəzilərinin isə ümumiyyətlə, apelyasiya şikayətlərinə baxılmayıb. Buna səbəb də hökmün qüvvəyə minməsinin gecikdirilməsidir. OMON hadisələrinə, hicab aksiyalarına görə tutulanların, o cümlədən keçmiş səhiyyə naziri Əli İnsanov, Nemət Pənahlı, Qurban Məmmədov, Əvəz Zeynallı, Hilal Məmmədov kimi məhbusların əfvə düşmə ehtimalı daha yüksəkdir. Müsavat başqanının müavini Tofiq Yaqublu və REAL sədri İlqar Məmmədov başda olmaqla, İsmayıllı məhbusları, İsa Qəmbərin müşaviri Yadigar Sadıqov, NİDA-çı gənclər, Pərviz Həşimli, Ömər Məmmədov və başqa bu kimi siyasi məhbusların azadlığa çıxma şansları yoxdur. Tofiq Yaqublu və İlqar Məmmədov başda olmaqla, İsmayıllı məhbuslarının apelyasiya şikayətlərinə avqustun 12-dən etibarən baxılacaq. Yadigar Sadıqov, blogger Əbdül Əbilov, NİDA-çı gənclərin apelyasiya məhkəmələri hazırda davam edir. Pərviz Həşimli və Ömər Məmmədovun apelyasiya şikayətləri artıq verilib. Amma nə zaman şikayətə baxılacağı hələ məlum deyil. Bəzi hüquq müdafiəçiləri isə bildirir ki, bu ilin sonuna yaxın geniş əfv olacaq. ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentlər “Sea Breeze” istirahət mərkəzində
Siyasət 21:00
Prezidentlər “Sea Breeze” istirahət mərkəzində
Rusiyanın rəsmi müraciətlərinə Azərbaycan tərəfindən cavab verilmədiyi iddiaları əsassızdır - XİN
Siyasət 20:27
Rusiyanın rəsmi müraciətlərinə Azərbaycan tərəfindən cavab verilmədiyi iddiaları əsassızdır - XİN
Azərbaycan və Almaniya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 20:19
Azərbaycan və Almaniya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Bakıda Özbəkistan səfirliyinin yeni binası açılıb
Siyasət 18:30
Bakıda Özbəkistan səfirliyinin yeni binası açılıb
Bakıda “Özbəkistan” parkının təməli qoyulub
Siyasət 18:10
Bakıda “Özbəkistan” parkının təməli qoyulub
Moskvanı müvafiq tədbirlər görməyə çağırırıq - XİN
Siyasət 17:13
Moskvanı müvafiq tədbirlər görməyə çağırırıq - XİN
Bakıda Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib
Siyasət 16:39
Bakıda Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib
Rusiya və Azərbaycan hüquq-mühafizə rəhbərləri müzakirələr keçirir
Siyasət 14:32
Rusiya və Azərbaycan hüquq-mühafizə rəhbərləri müzakirələr keçirir
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü başlayıb
Siyasət 14:28
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol