Hərbçi Ramil Səfərovun bütün təhlükəsizliyi qorunur. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə Azərbaycan Prezidenti Administrasiyası (PA) rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.PA rəsmisinin sözlərinə görə, Ermənistan tərəfindən müxtəlif mənbələr istədikləri informasiyanı mətbuata gətirirlər:"Bizim onların hamısına reaksiya verməyimizə ehtiyac yoxdur. Ramil Səfərov Azərbaycan vətəndaşıdır, onun bütün təhlükəsizliyi qorunur və düşünürəm ki, ona heç bir təhlükə yoxdur".
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !