Bu gün sosial şəbəkələrdə keçən ilin avqustunda Macarıstandan Azərbaycana ekstradisiya olunan Azərbaycan ordusunun zabiti Ramil Səfərovun yeni fotosu yayılıb. Lent.az-ın məlumata görə, foto R.Səfərov mayor hərbi rütbəsindəki forması ilə avtomobildə əyləşərkən çəkilib. Fotodan onun yay aylarında çəkildiyi məlum olur. Qeyd edək ki, Azərbaycana ekstradisiya edilib prezident İlham Əliyevin sərəncamı ilə əfv olunaraq azadlığa buraxılan mayor Səfərov haqqında artıq uzun müddət idi ki, heç bir məlumat yox idi. Son olaraq mətbuatda onun ata olmağa hazırlaşması ilə bağlı xəbərlər yer almışdı.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !