Daxili işlər naziri Ramil Usubovun əmri ilə bir neçə rayonun polis şöbəsinin rəisləri dəyişdiriləcək. AzNews.az-a daxil olan məlumata görə, bununla bağlı nazirin əmri artıq hazırdır. Yaxın zamanda əmrin rəsmən elan ediləcəyi gözlənilir. Dəyişdiriləcək polis rəislərinin adı da AzNews.az-a məlumdur. Bunlar Biləsuvar rayon polis şöbəsinin rəisi, polkovnik Saleh Abdullayev, Lənkəran rayon Polis Şöbəsinin rəisi, polkovnik Möhübbət Hüseynov, Cəlilabad rayon Polis Şöbəsinin rəisi, polkovnik-leytenant Namiq Camalovdur. Hazırda AzNews.az bu rayonların polis şöbələrinin rəisi vəzifəsinə təyin ediləcək şəxslərin adlarını dəqiqləşdirir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !