Ramil Usubov kollektivlə sağollaşıb - yeni nazir təqdim edildi

11:26 | 21.06.2019
Ramil Usubov kollektivlə sağollaşıb - yeni nazir təqdim edildi

Ramil Usubov kollektivlə sağollaşıb - yeni nazir təqdim edildi

Sabiq Daxili İşlər naziri Ramil Usubov Daxili İşlər Nazirliyinin (DİN) Kollegiyasının üzvləri və şəxsi heyəti ilə vidalaşıb.

Unikal.org-un xəbərinə görə, hazırda yeni Daxili İşlər naziri Vilayət Eyvazovun kollektivə təqdim olunması mərasimi keçirilir.
Qeyd edək ki, Prezident İlham Əliyevin 20 iyun 2019-cu il tarixli sərəncamı ilə Vilayət  Eyvazov Azərbaycan Respublikasının daxili işlər naziri təyin edilib.
 
Ramil Usubov isə Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi təyin olunub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM