“Yol qəzaları insanların həyatlı üçün böyük təhlükədir”. APA-nın xəbərinə görə, bunu daxili işlər naziri Ramil Usubov Ali Məhkəmənin Plenumunda bildirib. Nazir deyib ki, BMT-nin araşdırmalarına görə, dünyada yol qəzalarında hər il 1,2 milyon insan həlak olur, 20 milyon insan xəsarət alır. Vurulmuş ziyanının məbləği isə 500 milyard dolar təşkil edir: “Azərbaycanda yol hərəkəti ilə bağlı qanunvericilik aktları yenilənir, cəzalar sərtləşdirilir. Bu sahədə bəzi problemlər də var. Sürücülük hüququndan məhrum etmə səlahiyyəti məhkəməyə məxsusdur. Lakin istintaq zamanı sürücülük vəsiqəsinin alınması narazılıq yaradır. Plenumda bəzi müstəntiqlər haqqında fikirlər səsləndirildi ki, onlar pozuntulara yol veriblər. Bu məsələ barədə nazirliyin baş istintaq idarəsinə məlumat veriləcək və nəzarətə götürüləcək”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !