Ramil Usubovdan 643 polis haqqında qərar

14:34 | 14.06.2017
Ramil Usubovdan 643 polis haqqında qərar

Ramil Usubovdan 643 polis haqqında qərar

IV İslam Həmrəyliyi Oyunları zamanı qarşıya qoyulmuş tapşırıqların icrasında xüsusilə fərqləndiklərinə görə daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə 643 DİN əməkdaşı mükafatlandırılıb.

Anews.az Publika.az-a istinadən xəbər verir ki, iyunun 13-də bu məqsədlə Daxili İşlər Nazirliyində tədbir təşkil edilib.

Tədbiri giriş sözü ilə açan nazir R.Usubov ölkə Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi, qətiyyəti və gərgin əməyi, xanım Mehriban Əliyevanın çox böyük təşkilatçılıq bacarığı və xidmətləri sayəsində ötən ay respublikamızda IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkilini məmnunluqla xatırladıb.

Dövlət başçısının tapşırığı ilə İslamiada zamanı xidməti vəzifələrini nümunəvi yerinə yetirdiklərinə, ictimai qaydanın və təhlükəsizliyin təminində yüksək peşəkarlıq göstərdiklərinə görə, daxili işlər nazirinin müvafiq əmrləri ilə 643 əməkdaş və hərbi qulluqçunun mükafatlandırıldığı diqqətə çatdırılıb.

Bu beynəlxalq əhəmiyyətli tədbir zamanı ictimai asayişin təmin edilməsinə cəlb olunan 12 mindən çox əməkdaşın və hərbi qulluqçunun qarşıya qoyulmuş vəzifələrin öhdəsindən layiqincə gələrək əsl vətənpərvərlik və peşəkarlıq nümayiş etdirdikləri vurğulanıb.

Sonra təltif olunanlardan mərasimə dəvət olunmuş 50 əməkdaşın siyahısı elan edilib və nazir Ramil Usubov mükafatları təqdim edərək fərqlənənləri bir daha təbrik edib, hər bir təltifin yüksək məsuliyyət doğurduğunu xatırladıb.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti