Nazir əmr imzaladı.
Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmrlərinə əsasən Bakıda yol polisi sistemində rəhbər vəzifələrə yeni təyinatlar olub.
ANN.Az Trend-ə istinadən xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsinin rəis müavini vəzifəsinə həmin idarədə şöbə rəisi işləyən polis polkovnik- leytenant Fərhad Eyyubov təyin edilib.
Həmin idarədə Yol Patrul Xidmət Alayında Eskort və Müşayiət tağımda komandir vəzifəsində işləmiş polis mayoru Cəmşid Hənifəyev isə Səbail rayonu Polis İdarəsinin Dövlət Yol Polis şöbəsinə rəis vəzifəsinə gətirilib.
Bu vəzifəyə isə, yənı Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsinin Yol Patrul Xidməti Alayının Eskort və Müşayiət tağımına komandir isə polis polkovnik- leytenant Elşad Məmmədov təyin edilib.
Xatırladaq ki, Elşad Məmmədov bu vəzifədən əvvəl Yasamal Rayon Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin rəisi vəzifəsində çalışırdı.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !