Daxili İşlər Nazirliyindən verilən məlumata görə, polis general-mayoru İsmət Əliyev 2009-cu ildədək DİN Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini vəzifəsində çalışıb. Həmin ilin mayında o zaman polkovnik rütbəsi daşıyan İsmət Əliyev Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinin rəisi vəzifəsinə gətirilib.1 iyul 2010-cu il tarixində ölkə başçısının müvafiq sərəncamı ilə polis polkovniki İsmət Rəşid oğlu Əliyevə polis general-mayoru ali xüsusi rütbəsi verilib. 2014-cü ilin noyabrından isə polis general-mayoru İsmət Əliyev daxili işlər nazirinin müavinidir.ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !