"YAŞAT” Fondunun yaradılmasında məqsəd şəhid ailələrinə və hərbi əməliyyatlarla əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə yardımla bağlı ictimai və vətəndaş təşəbbüslərinin düzgün istiqamətləndirilməsi, bu prosesdə sistemli, ardıcıl və məqsədyönlü yanaşmanın təmin edilməsidir”.
Modern.az xəbər verir ki, bunu mətbuata açqılamasında Milli Məclisin deputatı Ramin Məmmədov deyib. Dövlət tərəfindən bu kateqoriyadan olan insanlara bütün zəruri yardımların göstərildiyini deyən deputat hesab edir ki, "YAŞAT” Fondunun ötən dövrdəki fəaliyyəti dövlətin həyata keçirdiyi tədbilərə əlavə dəstək verilməsini təmin edə bildiyini göstərir.
Ramin Məmmədov Azərbaycan Prezidentinin də dəfələrlə öz çıxışlarında şəhidlərə və vətənin müdafiəsində iştirak etmiş şəxslərə xüsusi diqqət və həsasslıqla yanaşılmasının vacibliyini vurğuladığını xatırladıb: "YAŞAT” Fondu həm də Azərbaycan cəmiyyətinin vətən müharibəsi iştirakçılarına, eləcə də Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda döyüşmüş, şəhidlik zirvəsinə ucalmış, sağlamlığını itirmiş bütün şəxslərə ictimai münasibətinin ifadəsidir. Çünki biz, xüsusilə Vətən Müharibəsindən sonra Azərbaycanda bu insanların taleyinə kifayət qədər yüksək ictimai həssaslıq müşahidə edirik. Təbii ki, "YAŞAT” Fondunun yaradılması məhz bu müşahidələrin dövlət tərəfindən adekvat qiymətləndirilməsinin göstəricisi kimi dəyərləndirilməlidir”.
Deputat bildirb ki, fond ötən müddətdə 2800-ə yaxın şəhidin 14 min ailə üzvü və 10 minədək yaralanan şəxslə görüşlər keçirib. Bu insanların əsas ehtiyacları müəyyənləşdirilib, müvafiq təhlillər və qiymətləndirilmələr aparılıb. "Hesab edirəm ki, bu faktlar fondun nə qədər fəal, eyni zamanda sistemli fəaliyyət göstərdiyini təsdiq edir. Xeyli sayda şəhid ailəsinə yardımlar edilib, vətən müharibəsində yaralanmış soydaşlarımızın müalicəsi təmin olunub, onların bir qisminin xarici ölkələrdə müalicəsinin davam etdirilməsinə imkan yaradılıb”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !