Ramiz Mehdiyev beşinci kolondan danışıb - VİDEO

16:59 | 05.03.2021
Ramiz Mehdiyev beşinci kolondan danışıb -  VİDEO

Ramiz Mehdiyev beşinci kolondan danışıb - VİDEO

Azərbaycanda məmurlar ölkə başçısına sadiqdir və onun ətrafında sıx birləşib, bunu  hakim Yeni Azərbaycan partiyasının qurultayından sonra jurnalistlərə açıqlamasında   AMEA prezidenti Ramiz Mehdiyev  bildirib.
 
"Həm də burada cənab Prezidentə sədaqətli olan insanları günahlandırırlar. Bizim dövrümüzdə də, indi də işləyənlərin arasında cənab Prezidentə sadiq olmayan məmurlar tanımıram. Biz Heydər Əliyev-İlham Əliyev dəyərlərinə tamamilə sadiqik. Belə də olmalıdır, çünki Azərbaycanın gələcəyi bu yöndədir”, deyə o, vurğulayıb. 

Mehdiyev həmçinin bildirib ki,  İlham Əliyevin qurultaydakı çıxışı çox böyük təəssürat yaradıb.
 
"Mən də qurultayda iştirak elədim. Həmişə olduğu kimi cənab Prezident çox konseptual, çox ağıllı, uzaqgörən çıxışı ilə bütün məsələləri əhatə etdi. Mən özüm qurultayın gedişindən çox razı qaldım. Cənab Prezidentin çıxışından sonra deputatların çıxışları oldu. O çıxışlar da çox yaxşı, məzmunlu, ölkədə gedən proseslərə tamamilə düzgün qiymət verilmiş səpkidə idi”.

Mehdiyev  YAP Ağsaqqallar Şurasının üzvü seçildiyini xüsusi vurğulayıb.  
 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb