Ramiz Mehdiyev: “İslahatlara ehtiyac var”

12:42 | 28.12.2019
Ramiz Mehdiyev: “İslahatlara ehtiyac var”

Ramiz Mehdiyev: “İslahatlara ehtiyac var”

"Azərbaycanda elmin inkişafı dövlət siyasətinin əsas hədəflərindəndir".

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, bunu AMEA-nın Ümumi yığıncağında çıxış edən Akademiyanın prezidenti, akademik Ramiz Mehdiyev bildirib. Onun sözlərinə görə, Azərbaycan Milli Elmlər Akademiyasının "2020-2025-ci illər üçün inkişaf proqramı”nın qəbul edilməsi bir tərəfdən müasir dövrün qlobal çağırışları, digər tərəfdən ölkənin sosial-iqtisadi inkişaf proqramları ilə uzlaşır: "Dövlətin gələcək hərbi, siyasi, iqtisadi, mədəni gücü elmi potensialla bağlıdır.
 
Prezident İlham Əliyev digər sahələrdə olduğu kimi, elm sahəsinin inkişafı üzrə də ulu öndər Heydər Əliyevin siyasətini davam etdirir".

R. Mehdiyev deyib ki, bu gün akademiyanın qarşısında tamamilə yeni vəzifələr dayanır: "Hazırkı şəraitdə akademiyanın elmi potensialının inkişafında islahatlara ehtiyac var. Bu vəzifə də dünya elminin inkişafı meyllərindən, ölkənin intellektual modelə əsaslanan strateji inkişaf istiqamətindən irəli gəlir". Akademik qeyd edib ki, bu gün inkişafın əsas lokomotivi elm və innovasiyadır. O əlavə edib ki, bu mənada Akademiya bütün başlanğıcların lideri olmalıdır. Akademiyada dövlət başçısı tərəfindən həyata keçirilən çoxşaxəli islahatlara elmin dəstəyini təmin etmək üçün məqsədyönlü tədbirlər həyata keçirilməlidir.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM