Ramiz Mehdiyevin gəlininin BTB Bankda payı artıb

11:49 | 22.08.2024
Ramiz Mehdiyevin gəlininin BTB Bankda payı artıb

Ramiz Mehdiyevin gəlininin BTB Bankda payı artıb

"Bank BTB” 2024-cü il iyunun sonuna səhmdar strukturunu elan edib.  Bu barədə bankın Azərbaycan Mərkəzi Bankının Məlumatların Elektron Açıqlanması Sistemində yerləşdirdiyi yarım illik idarəetmə hesabatında bildirilib. 
 
Belə ki, "Bank BTB”nin səhmlərinin 76,7%-i Nigar Mehdiyevaya, 17,7%-i bankın Müşahidə Şurasının sədri Rza Sadiqə, 5,6%-i isə Tükəzban Mahmudovaya məxsusdur.

2023-cü ilin sonunda Nigar .Mehdiyeva "Bank BTB”də 75%, Rza Sadiq 19%, Tükəzban Mahmudova isə 6% pay sahibi idi.
 
Səhmdarların pay bölgüsünün dəyişməsinə səbəb bu ilin I yarısında bankın nizamnamə kapitalının 5 milyon manat artırılması - 66,45 milyon manatdan 71,45 milyon manata çatdırılmasıdır.
 
Kapital artımında yalnız Mehdiyeva iştirak etdiyi üçün onun kredit təşkilatındakı payı artıb, digər səhmdarların isə payı azalıb.

Turan Xəbər Agentliyinin bildirdiyinə görə, "Bank BTB” cəmiyyətdə Prezident Administrasiyasının keçmiş rəhbəri və Azərbaycan Milli Elmlər Akdemiyasının keçmiş prezidenti Ramiz Mehdiyevin bankı kimi tanınır.
 
Nigar Mehdiyev akademikin gəlinidir.
 
Bank "BTB" ASC 2010-cu ildə təsis edilib, hüquqi və fiziki şəxslərə geniş çeşidli bank məhsulları xidməti təklif edir. 
 
N.Təbrizli


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM