Ramiz Tatarov azadlığa çıxdı

20:03 | 26.12.2024
Ramiz Tatarov azadlığa çıxdı

Ramiz Tatarov azadlığa çıxdı

Ağstafanın həbsdə ölən icra başçısı Nizaməddin Quliyevlə birgə məhkum edilmiş müavini Ramiz Tatarov cəzasının çox hissəsini çəkməsi ilə bağlı vaxtından əvvəl şərti azadlığa buraxılıb.

"Qafqazinfo” xəbər verir ki, bu barədə Nizami Rayon Məhkəməsi qərar qəbul edib.

Hakim məhkumun 6 illik azadlıqdan məhrum etmə cəzasının çoxunu çəkməsini, cəzaçəkmə müəssisəsinin müsbət rəyini, dövlətə dəymiş ziyanın ödənilməsini nəzərə alaraq müraciəti təmin edib.

Qərara əsasən Ramiz Tatarov vaxtından əvvəl şərti olaraq azadlığa buraxılıb. Onun məhkumluğu gələn ilin dekabrında başa çatacaq. 

Tatarov və mərhum sabiq icra başçısı Nizaməddin Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) icra hakimiyyətlərində keçirdiyi silsilə əməliyyatların birincisində-2019-cu ilin dekabrında həbs edilib. 

Vəzifə cinayətlərində təqsirli bilinən Nizaməddin Quliyevin cinayət işinə ölümü ilə bağlı bəraətverici əsaslar olmadan xitam verilib. Ramiz Tatarova isə yekun qərarla 6 il azadlıqdan məhrum etmə cəzası təyin edilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM