"Real"ın kapitanı Serxio Ramos YUNİSEF-in xeyriyyə kampaniyasında iştirak edib.
Anews.az qol.az-a istinadən xəbər verir ki, o, özünün rəsmi İnstagram səhifəsində belə bir paylaşım edib:
"Vaksinlər hər il 2-3 milyon insanın həyatını xilas edir. Bu paylaşıma görə hər bir layk üçün Qeyts Fondu YUNİFES-ə 1 dollar yardım ayıracaq".
Hazırkı vəziyyətdə paylaşım 1 milyon 500 mindən çox bəyənmə sayı qazanıb.
Beləliklə, Bill və Melinda Qeytsin Xeyriyyə Fondu BMT-nin Uşaq Fonduna 1,5 milyon dollar yardım edəcək.
Xatırladaq ki, bu, Ramosun iştirakı ilə ilk xeyriyyə aksiyası deyil. O, 2014-cü ildən YUNİSEF-in xoşməramlı elçisi kimi bir sıra tədbirlərdə iştirak edib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !