Ramos bir paylaşımı ilə milyon yarım pul topladı

19:30 | 26.04.2019
Ramos bir paylaşımı ilə milyon yarım pul topladı

Ramos bir paylaşımı ilə milyon yarım pul topladı

"Real"ın kapitanı Serxio Ramos YUNİSEF-in xeyriyyə kampaniyasında iştirak edib.

Anews.az qol.az-a istinadən xəbər verir ki, o, özünün rəsmi İnstagram səhifəsində belə bir paylaşım edib:

"Vaksinlər hər il 2-3 milyon insanın həyatını xilas edir. Bu paylaşıma görə hər bir layk üçün Qeyts Fondu YUNİFES-ə 1 dollar yardım ayıracaq". 

Hazırkı vəziyyətdə paylaşım 1 milyon 500 mindən çox bəyənmə sayı qazanıb.

Beləliklə, Bill və Melinda Qeytsin Xeyriyyə Fondu  BMT-nin Uşaq Fonduna 1,5 milyon dollar yardım edəcək.

Xatırladaq ki, bu, Ramosun iştirakı ilə ilk xeyriyyə aksiyası deyil. O, 2014-cü ildən YUNİSEF-in xoşməramlı elçisi kimi bir sıra tədbirlərdə iştirak edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM