Xatırladaq ki, bu respublikada spirtli içki satışına qadağa 2009-cu ildən qüvvədədir. Belə ki, Çeçenistanda arağı yalnız xüsusi mağazalarda, saat 08:00-dan 10:00-dək satmağa icazə var.
Lakin bu, bir çox satıcıları dayandırmır və onlar gün ərzində piştaxta altından araq və şərab satırlar.
İndi onlarla mübarizəyə Çeçenistan prezidentinin özü başlayıb.
Məhəmməd Peyğəmbərin (s.a.v.) doğum günündə Kadırov paytaxt Qroznının mağaza və kafelərini şəxsən gəzib, Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir.
Spirtli içki aşkarlanan mağaza sahiblərini gecə saat 3-də Kadırovun administrasiyasına toplayıblar.
Spirtli içki satanlardan başqa, sərxoş müştəriləri də Kadırovun yanına gətiriblər.
"Bax, bu heyvanlar araq satır, digər heyvanlar isə onu içirlər, nə dinə, nə də adət-ənənələrə əməl etmirlər. Biz Peyğəmbərin doğum gününü qeyd edirik, bəziləri isə gecə araq satmağa, digərləri içməyə başlayıblar!, - deyə, Ramzan Kadırov televiziya kameraları qarşısında satıcılar və araq içən şəxslərə müraciət edib. – Özünüzə baxın, bir utanın!
"Sizin əriniz evə gələndə, dava salanda, belə ər sizi qane edir? Allahın lənətlədiyi bir üsulla necə pul qazanmaq olar?”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !