Ramzan Kadırov Suriyadakı azərbaycanlıların komandirindən danışdı

13:12 | 10.02.2014
Ramzan Kadırov Suriyadakı azərbaycanlıların komandirindən danışdı

Ramzan Kadırov Suriyadakı azərbaycanlıların komandirindən danışdı

Rusiya Federasiyası Çeçenitan respublikasının prezidenti, Ramzan Kadırov Suriyada Əsəd rejiminə qarşı döyüşən və azərbaycanlıların da daxil olduğu “Ceyş al Muhacirin əl ansar” ın (“Mühacirlər ordusu”) komandiri Seyfullah Şuşaninin öldürülməsinin ardından onun haqqında danışıb.

ANS PRESS-in İslahhaber agentliyinə istinadən verdiyi məlumata görə, Ramzan Kadırov sosial şəbəkədə Seyfullah Şuşaninin xalqa zülm etdiyini söyləyib: "Suriyada vəhabilərin komandiri, şeytan Ruslan Maxalikaşvili (Seyfullah Şuşanini) məzlum xalqa zülm edib, insanları öldürüb, yağmalayıb. O, islamın müqəddəs məkanlarını yox edirdi”.Qeyd edək ki, bir müddət bundan öncə Ramzan Kadırov Suriyada olan müxalif güclərin Çeçenistana müdaxilə edəcəyini və bunun qarşısını almaq üçün xüsusi qruplar yaratdıqlarını bəyan edib.Xatırladaq ki, bir neçə gün əvvəl Suriyada Əsəd rejiminə qarşı döyüşən və azərbaycanlıların da daxil olduğu “Ceyş al Muhacirin əl ansar” ın (“Mühacirlər ordusu”) komandiri Seyfullah Şuşanınin öldürüldüyü xəbəri yayılıb. Şuşaninin Hələb həbsxanası yaxınlığında gedən döyüşlərdə öldürüldüyü bildirilir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM