Çeçenistan lideri Ramzan Kadırovun oğlu Adam Kadırov 6 yaşında hafiz olub. Qaynar.info xəbər verir ki, Kadırovun oğlu Rusiyada ən az yaşda Qurani Kərimi əzbərləyən uşaq adını qazanıb. Çeçenistan lideri oğlunun hafizlik sevinci İnstagram səhifəsindən də paylaşıb. Kadırov paylaşdığı mesajında, "Bu onun üçün elə də asan olmadı. Adam hələ rus dilində yazıb-oxumağı bacarmır. "Kadırov oğlunun ötən il Həcc ziyarətinə getdiyini və orada hafiz olmaq üçün dua etdiyini söyləyib. Çeçen lideri oğlunun yetişməsində əməyi olan müəllimlərinə də təşəkkür edib. Qeyd edək ki, Kadırovun 3 oğlu və 5 qızı var. Bundan başqa çeçen lider yetimxanadan iki oğlan uşağını da övladlığa götürüb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !