"Əməliyyat olunmasam əlim-ayağım tutulacaqdı və yerimə qabiliyyətimi tamamilə itirəcəkdim".
Bu sözləri Yeniavaz.com-a açıqlamasında Xalq artisti Rasim Balayev deyib. O bildirib ki, boynunda yaranmış problemə görə, 2019-cu ildə fərqli 5 klinikaya müraciət edib:
"Sol ayağımı yaxşı ata bilmirdim və başladım axsamağa. Mənə dedilər ki, problem belindədir. Hər zaman da deyirdilər ki, fizioterapioyaya ehtiyac yoxdur.
Bilirsiniz da mən Şüvəlanda yaşayıram. Hər seansa da 50-60 manat ödəyirdim. Sonra gördüm ki, qətiyyən bir dəyişiklik yoxdur. Sonra başqa xəstəxanaya getdim. 2019-cu ildə mən ayrı-ayrı 5 klinikaya getdim. Axırda məlum oldu ki, mənim promlemim boynumda imiş. Mənə dedilər ki, əməliyyat olunmalısan. Olunmasam əlim-ayağım tutulacaqdı və yerimə qabiliyyətimi tamamilə itirəcəkdim”.
Xalq artisti ən sonda müalicəsini Heydər Əliyev fondunun öz üzərinə götürdüyünü bildirib:
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !