Mədəniyyət naziri Əbülfəs Qarayev Prezident İlham Əliyevin mədəniyyət və incəsənət xadimləri ilə görüşündə Xalq artisti Rasim Balayevin iştirak etməməsinin səbəbləri barədə danışıb.
Publika.az xəbər verir ki, bu gün da M.F.Axundzadə adına Milli Kitabxanada dövlət başçısı ilə görüşdə müzakirə olunan məsələlərə həsr edilmiş mətbuat konfransında çıxış edən nazir bu məsələ ilə bağlı verilən sula cavab olaraq bildirib ki, Rasim Balayevlə dostluq münasibəti var və illərdir bir-birilərini tanıyırlar: "Azərbaycanda 200-dən çox Xalq artisti, 1300-dən çox Əməkdar incəsənət xadimləri, rəssamlar və yazıçılar var. Sözsüz ki, onların hamısını dəvət etmək mümkün olmazdı. Bu, görüşdə açıq söbətin aparılmasına imkan verməzdi. Növbəti görüşlərə digər görkəmli incəsənət xadimləri, xalq artistləri, nüfuzlu bəstəkarlar və rəssamlar dəvət olunacaq. Bizə kim müraciət edirsə, onları hər zaman qəbul edirik. Sadəcə bu formatda təşkil edilən görüşdə kimsə kənarda qalıbsa, üzr istəyirəm, gələn dəfə nəzərə alınacaq".
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !