Rasim Balayevin səhhəti ilə bağlı yeni xəbər

12:34 | 22.12.2017
Rasim Balayevin səhhəti ilə bağlı yeni xəbər

Rasim Balayevin səhhəti ilə bağlı yeni xəbər

Xalq artisti Rasim Balayevin səhhətində irəliləyiş var.

Anews.az-ın xəbərinə görə, bu barədə Report-a açıqlamasında Xalq artisti özü məlumat verib.

O bildirib ki, artıq müalicələr nəticəsini göstərməyə başlayıb. Xalq artistinin sözlərinə görə, İsraildən gələn ortoped həkim, onun belində olan ağrıları müayinə etdikdən sonra müəyyən tapşırıqlar verib: 

"Həkim təxminən 10 gün qabaq gəlmişdi. Mənə bəzi hərəkətlər etməyimi və hər gün gəzməyimi tapşırdı. Müalicəm gedir, özümü yaxşı hiss edirəm. Həmin həkim 3-4 aydan bir Bakıya gəlir. Yenidən gəldikdə müayinə üçün mənə xəbər edəcəklər".

Rasim Balayev Türkiyədən gələn nevropotoloqun müalicəsindən sonra səhhətində müsbət yöndə dəyişikliklərin olduğunu deyib: 

"Əvvəlkinə nisbətən daha yaxşıyam. Müalicəm isə davam edir".

Qeyd edək ki, R.Balayev şəkər və təzyiq xəstəliklərindən əziyyət çəkir. Onun onurğasında da problem var. Xalq artistinin müalicə xərclərini dövlət ödəyir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti