Rasim Musabəyov erməni dramının dramı HAQQINDA

14:52 | 27.11.2014
Rasim Musabəyov erməni dramının dramı HAQQINDA

Rasim Musabəyov erməni dramının dramı HAQQINDA

Politoloq və Milli Məclisin deputatı Rasim Musabəyov öz Facebook səhifəsində Ermənistan iqtisadiyyatının faciəvi vəziyyəti barədə mülahizələrini bölüşüb.

Ermənistan yalnız hərbi-siyasi sahədə deyil, həm də maliyyə-iqtisadi münasibətlərdə Rusiyadan o qədər asılı vəziyyətə düşüb ki, enerji resurslarlarının ixracatçısı olmaya-olmaya və istənilən məntiqin ziddinə olaraq, bu ölkə neft-qaz qiymətlərinin həm düşməsindən, həm də qalxmasından diskomfort keçirir, - Musabəyov yazır.Ermənistan Ümumi Daxili Məhsulunun proqnozlaşdırılan artımı ilin yekunlarına görə iki dəfə azalacaq, Rusiya rublunun dəyərdən düşməsi isə erməni dramının məzənnəsinə mənfi təsirini göstərdi. Bu yaxınlarda Ermənistan Mərkəzi Bankının müdaxilələri yerli valyutanın dəyərdən düşməsinin qarşısını almaq üçün yetərli olmadı, nəticədə dram ilin başlanğıcından 10 faiz "arıqlayaraq", 1 dollar üçün 435 drama bərabər oldu. Analitiklərin qiymətləndirmələrinə görə, Rusiya rublunun dəyərdən düşməsi davam etdikcə, erməni rublu da dəyərdən düşəcək. Ermənistanın valyuta ehtiyatları isə azdır (bir milyard ABŞ dollarına yaxın) və hətta gürcü ehtiyatlarından üç dəfə, Azərbaycanın valyuta ehtiyatlarından isə demək olar ki, 50 dəfə geri qalır.Ermənistanın borcları artaraq təhlükəli həddə yaxınlaşır. Rusiyaya olan borcun tez qaytarılması üçün ilk buraxılış avrobondlardan fərasətsiz istifadədən sonra, avrobondların daha bir buraxılışına güvənmək mümkün deyil. Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının xətti ilə ayrılan yeni kreditlər, həmçinin Avropa Birliyinin və başqa donorların göstərdikləri yardımlar hal-hazırda olan borcu bağlamağa sərf olunacaq. Rusiyanın investisiyasına gəldikdə isə, o bu gün o vəziyyətdə deyil ki, öz iqtisadiyyatına zərər vurmağın müqabilində əlaltısını dəstəkləsin.Kamal ƏliANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM