Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini Azərbaycandan sonra Ermənistana da səfər edib.
O, Bakıda Avropanın enerji təhlükəsizliyi üçün böyük əhəmiyyət kəsb edən "Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsinin müzakirələrində iştirak edirdisə, İrəvanda danışıqlar bu dəfə Suriya qaçqınlarının yerləşdirilməsi adı altında növbəti maliyyə dilənçiliyi səviyyəsinə çatdırılıb.
Oxu.Az xəbər verir ki, bu barədə politoloq Rasim Musabəyov danışıb.
"Onların işğal edilmiş Azərbaycan ərazilərində yerləşdirilməsini nəzərə alsaq, bizim XİN-in etirazı tamamən əsaslandırılmışdır”, - politoloq əlavə edib.
O qeyd edib ki, Brüsselə çatıdırılmalıdır ki, əgər Bakının iradları eşidilməsə, bu, ikitərəfli münasibətlərə mənfi təsir edəcək.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !