Rasim Ocaqovun 80 illik yubileyi qeyd olunub

17:00 | 24.11.2013
Rasim Ocaqovun 80 illik yubileyi qeyd olunub

Rasim Ocaqovun 80 illik yubileyi qeyd olunub

Şəkidə görkəmli rejissor və operator, xalq artisti Rasim Ocaqovun 80 illik yubileyi münasibəti ilə anım mərasimi keçirilib.

AN PRESS-in Kanal S-ə istinadən verdiyi məlumata görə, mərasimdə respublikanın tanınmış incəsənət xadimləri, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı və digər rəsmilər iştirak ediblər.

Mərasim iştirakçıları ilk əvvəl Rasim Ocaqovun "Sülh meydanı"da yerləşən barelyefi önünə gül dəstələri qoyub, xatirəsini yad ediblər. Daha sonra qonaqlar Şəki Dövlət Dram Teatrında xalq artisti, dövlət mükafatları laureatı Rasim Ocaqovun həyat və yaradıcılığını əks etdirən sərgi ilə tanış olublar.

Tədbir iştirakçılarını salamlayan Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov mərhum rejisssorun həyat və yaradıcılığı, çəkdiyi filmlər barədə danışıb. 

Çıxışlarda Rasim Ocaqovun Azərbaycan kinosuna verdiyi töhfələrdən bəhs edilib. Rasim Ocaqovla münasibətdə olan insanlar xatirələrini bölüşüblər.

"Azərbaycanın qədim və gözəl şəhərlərindən olan Şəkiyə görkəmli kinorejissor Rasim Ocaqovun yubileyini qeyd etmək üçün gəlmişik. Rasim Ocaqov Şəkidə böyüyüb boya-başa çatmış sənətkardır. Onun filmlərinin bir neçəsində Şəki həyatı, şəkililər, şəkili personajlar vardır. Ona görə də Rasimin yubileyinin burada geniş qeyd olunması təbiidir".

ANS PRESS-in AzərTAc-a istinadən verdiyi məlumata görə, bu sözləri Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar Şəkidə, Rasimin Ocaqovun 80 illik yubileyinə həsr olunmuş tədbirdə jurnalistlərə müsahibəsində söyləyib.

Xalq yazıçısı bildirib ki, o, kinomuzun ən böyük simalarından biridir: "Azərbaycan kino sənətinə ölməz əsərlər bağışlamış böyük kinorejissordur. Rasim Ocaqov şəxsən mənim dostum olmuşdur. Fəxr edirəm ki, o, mənim də ssenarilərim əsasında iki film çəkib – “Təhminə” və “Otel otağı”. Allah ona qəni-qəni rəhmət eləsin”.

ANS PRESS

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti