İki il fərqi ilə ardıcıl olaraq böyük idman tədbirlərinə ev sahibliyi etmək Azərbaycana hansı faydası olacaq? Bu oyunlar Azərbaycan idmanına hansısa töhvə verəcəkmi? İslam Oyunlarının Azərbaycanda keçirilməsinin iqtisadiyyatımıza təsir edəcəkmi? Bu məsələlərə aydınlıq gətirmək üçün idman mütəxəssisi Elçin Cəlilov və iqtisadçı ekspert İlham Şaban ANN.TV-yə açıqlama veriblər.
İdman mütəxəssisi Elçin Cəlilov məsələyə münasibət bildirərkən qeyd edib ki, "İslamiada-2017" I Avropa Oyunları tipində olan idman yarışıdır: "2017-ci ildə ölkəmizdə keçiriləcək bu oyunda 50-yə yaxın islam ölkəsi iştirak edəcək. Əslində bu yarışın Azərbaycanda keçirilməsi gözlənilən idi. Çünki islam dövlətləri arasında inkişaf etmiş ölkələrin içərisində bu yarış keçirilib və artıq bizdə də keçirilməsinin zamanı idi. "İslamiada-2017" Azərbaycanda keçirilməsində əsas məqsəd Azərbaycanda olan idman meydançalarının, idman komplekslərinin, infrastruktur şəraitinin həmin idman yarışlarına uyğun olduğu görülüb və belə qənaətə gəliblər ki, bu yarış Azərbaycanda keçirilə bilər. Bu oyunların ölkəmizdə keçirilməsinin bizim idmanımıza nə qazandıracağı haqda isə danışmaq fikrimcə hələki düzgün deyil. İslamiada-nın digər idman olimpiadaları ilə fərqi ondan ibarətdir ki, İsmaliada yarışılarında idman növləri daha azdı. Amma buna baxmayaraq 20-dən artıq bir ölkənin qatıldığı bir yarışı böyük yarış kimi qiymətləndirmək olar. Nəzərə alsaq ki, bu yarışda 50-yə yaxın ölkə iştirak edəcək, deməli bu həqiqətəndə böyük bir idman yarışıdır.”
İqtisadçı ekspert İlham Şaban isə IV İslam Həmrəylik Oyunlarına ev sahibliyi etmək hüququ qazanmağımızın ölkəmizə iqtisadi tərəfdən hansı irəliləyişlərin olmasından danışarkən bildirib ki, İsmaliada yarışı bundan əvvəl İndoneziyada keçirilib. İndoneziya islam ölkələri içərisində, ən böyük ölkələrdən biridir.
Ekspert bildirir ki, vaxtilə bu ölkənin özü neft ixracı ilə məğşul olan ölkələr sırasında idi. Amma sonra həmin ölkənin iqtisadiyyatı çox zəiflədi. İqtisadiyyatın zəif olduğu neft ixracının kəskin azaldığı bir zamanda İslamiada yarışları həmin ölkədə keçirildi. Amma bu oyunların ölkə iqtisadiyyatına heç bir təsiri olmadı. Azərbaycan 2015-ci ildə yeni bir layihəni həyata keçirəcək, hansı ki, bu layihəni indəyə kimi heç etməyib. İslamiada oyunların keçirilməsi Azərbaycan üçün xeyri ondan ibarət olacaq ki, bu yarışda ölkəmizdə keçirildikdən sonra xeyli sayda turist axını ola bilər, təbii xeyir ola bilər. Bu artıq bu yarışların ölkəmizdə necə təşkil olunması və təşkilatçılıq səviyyəsindəndə çox aslıdır. Əgər Azərbaycan özünü bu yarışların keçirildiyi ərəfədə sözün əsl mənasında yaxşı göstərə bilsə yəni turist obyektlərini, otellərini və həmin qonaqları qarşılanması işlərini, təşkilatçılıq qabiliyyətini ortaya qoya bilsə, xeyli irəliləyiş olacağından danışa bilərik.
Qeyd edək ki, İslam Həmrəylik Oyunları İslam Konfrası Təşkilatına üzv olan ölkələrinin qatılması ilə 4 ildən bir baş tutan geniş miqyaslı idman yarışıdır. İsmaliada oyunlarında əsasən basketbol, voleybol, karate, taekvando, üzgüçülük, futbol, badminton, çimərlik voleybolu, atletizm, ağırlıq qaldırma, Oxçuluq, tennis, uşu sanda idman növləri üzrə yarışlar keçirilir.İslam Həmrəyliyi İdman Federasiyasının (İSSF) ötən ilin iyul ayında Səudiyyə Ərəbistanın Ciddə şəhərində keçirilən 8-ci hesabat-seçki baş assambleyası çərçivəsində "İslamiada-2017”nin Bakıda keçirilməsi qərara alınıb. İlk oyun 2005-ci ildə Səudiyyə Ərəbistanında keçirilib. Oyunlara İslam Konfransı Təşkilatının 57 üzvü qatılmışdı. İkinci oyunlar isə 2009-cu ilin oktyabr ayında İranda olmalı idi. Oyunlar 2010-cu ilin aprel ayına təxirə salınsa da, baş tutmayıb. Üçüncü oyunlar 2013-cü ildə İndoneziyada olub. Oyunlara müsəlman olmayan ölkələrin idmançılarının da qatılmasına icazə var.
Müəllif: Orxan Aslanlı
Video-operator: Rasim Əliyev
Bizi sosial şəbəkələrdə izləyin !