RATİ-dən Azərbaycana çağırış

21:54 | 13.05.2022
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) bloger Eyvaz Yahyaoğlunun həbsinə görə Azərbaycan hakimiyyətini pisləyir və onun dərhal azadlığa buraxılmasına çağırır.

"2022-ci il mayın 9-da polis tərəfindən saxlanılan, əsasən bürokratik qanunsuzluqları işıqlandıran, kənd yerlərində vətəndaşların sosial və mülki hüquqlarının pozulmasını ictimailəşdirən bloger Eyvaza Yahyaoğlu rayon polis idarəsində işgəncələrə məruz qalıb. Görünür, onu özünə məxsus "Şirvan Tv Eyvaz Eloğlu"dan bütün reportajları silməyə zorla məcbur ediblər," RATİ-nin bəyanatında bildirilir.

"Bu yaxınlarda, 21 aprel 2022-ci ildə, ehtimal ki, Azərbaycanın təhlükəsizlik qüvvələrinin əməkdaşı olan bir qrup maskalı şəxs tərəfindən işgəncə və təhqir altında oğurlanan tanınmış bloger və fəal Bəxtiyar Hacıyev Azərbaycan Daxili İşlər Nazirliyində baş verənlərlə bağlı tənqidi materialları silməyə məcbur edilib. 2 ay əvvəl törədilmiş jurnalist Əvəz Şıxməmmədovun (yaradıcı təxəllüsü Əvəz Hafizli) şok qətli, bu yaxınlarda jurnalist Aytən Məmmədovaya dəhşətli hücum, araşdırmaçı jurnalistlərə məmurların artan hədələri, həbsxanada olan jurnalistlər Polad Aslanov və Elçin Məmməda qarşı bu yaxınlarda baş verən zorakılıqlar, bir sıra Avropa ölkələrində yaşayan blogerlərə qarşı amansız hücumlar deməyə əsas verir ki, Azərbaycan hakimiyyəti öz tənqidçilərinə qarşı yeni repressiya kampaniyasına başlayıb və bu, şübhəsiz ki, davam edəcək, yaxın gələcəkdə daha da sərtləşəcək", RATİ sədri qeyd edib.

RATİ Avropa Şurasının institutlarını hakimiyyəti yeni repressiya dalğasına görə pisləməyə və onlardan bütün jurnalistləri azad etməyi və ictimai tənqidçilərə qarşı cinayətlərə görə cəzasızlığa son qoymağa tələb etməyə çağırır.

RATİ həmçinin Azərbaycan hakimiyyətini Avropa Şurasının üzvü olan ölkə kimi öhdəlikləri çərçivəsində Avropa İnsan Haqları Konvensiyasının bütün müddəalarına əməl etməyə, o cümlədən ölkədə məlumat azadlığını, mətbuat azadlığını və ifadə azadlığını tam və qüsursuz şəkildə təmin etməyə çağırır.
RATI Azərbaycan hakimiyyətini jurnalistlər Polad Aslanov, Əfqan Sadıqov, Bəhruz Əliyev, blogerlər Aslan Qurbanov, Elvin İsayev və Maqsud Mahmudovu, həmçinin siyasi mühacirətdə olan müstəqil jurnalist Sevinc Osmanqızına verdiyi müsahibəyə görə böhtan atmaqda təqsirli bilinərək həbs edilən müxalif ictimai xadim Əli Əliyevi dərhal həbsdən azad etməyə çağırır.
 
RATİ 2006-cı ildə Beynəlxalq Mətbuat Azadlığı Günündə iki azərbaycanlı jurnalist tərəfindən hökumətin söz və media azadlığını getdikcə daha çox məhdudlaşdırmasına cavab olaraq yaradılıb. RATİ 2007-ci ilin oktyabr ayından Beynəlxalq Söz Azadlığı Mübadiləsi Təşkilatının, 2012-ci ilin noyabrından isə Qlobal Şəbəkə Təşəbbüsü təşkilatının üzvüdür.
 
Ləman Qasımova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

Tərəfdaşların xəbərləri

REKLAM