Rauf Mirqədirovla işbirliyində adı keçən Laura Baqdasaryan danışdı

12:20 | 22.04.2014
Rauf Mirqədirovla işbirliyində adı keçən Laura Baqdasaryan danışdı

Rauf Mirqədirovla işbirliyində adı keçən Laura Baqdasaryan danışdı

“Rauf Mirqədirov bizim tədbirlərə canlı qatlılmayıb”
Baş Prokurorluğun 2008-ci ildən Ermənistana casusluqda ittiham etdiyi Azərbaycanın əməkdar jurnalisti, “Ayna-Zerkalo” qəzetinin siyasi icmalıçısı Rauf Mirqədirovun cinayət işində adı keçən Laura Baqdasaryan məsələyə münasibət bildirib.  
Modern.az saytının xəbərinə görə,  adı Rauf Mirqədirovla işbirliyində hallanan Ermənistanın “Region” Araşdırmalar İnstitunun direktoru Laura Baqdasaryan ittihamları qəbul etməyib. Onun sözlərinə görə, R.Mirqədirov azərbaycanlı həmkarı, Sülh və Demokratiya İnstitunun direktoru  Leyla Yunusla birgə “İctimai dialoq” layihəsinin  onlayn versiyası olan “publicdialogues”un müəlliflərindən olub. 
“Rauf Mirqədirov bizim tədbirlərdə canlı deyil, internet konfrans vasitəsilə iştirak edib. Bununla bağlı mənim bir sıra suallarım yaranıb”-deyə Baqdasaryan yazıb.
Gürcüstanın paytaxtı Tbilisdə doğulan L. Baqdasaryan Moskva Dövlət Unversitetinin jurnalistika fakültəsini bitirib. O, Yerevanda yaşayır, “Region” Araşdırmalar İnstitununu direktorudur. Qafqazda “xalq diplomatiyası” layihələrinin icrasında iştirak edir.   
ANNET.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM